Əsas Səhifə > Güney Press > Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıbBu gün, 10:09 |
|
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. "APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,15dollar və ya 0,97% artaraq 119,68 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 118,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Geri qayıt |