İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Cinayət işləri vergidən yayınma, əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi, saxta aksiz markalarının hazırlanması və istifadəsi, aksiz markası olmayan məhsulların satışı, eləcə də qanunsuz pul köçürmələri ilə bağlı olub.
Hesabat dövründə 71 nəfər barəsində 73 cinayət işi üzrə ittiham aktı baxılması üçün məhkəməyə göndərilib.
İcraatına xitam verilmiş 36 cinayət işi, başlanılması rədd edilmiş 89 material və ibtidai istintaqı başa çatmış 15 cinayət işi üzrə dövlət büdcəsinə 19 milyon 948,7 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib.
Bundan əlavə, icraatı davam edən cinayət işləri və materiallar üzrə dövlət büdcəsinə 25 milyon 188,3 min manat qaytarılıb. Beləliklə, hesabat dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilən ziyanın ümumi məbləği 45 milyon 137 min manat təşkil edib.
Əmək müqaviləsi olmadan işçilərin çalışdırılması hallarının aşkarlanması məqsədilə 35 vergi ödəyicisinə məxsus 43 obyektdə operativ vergi nəzarəti tədbirləri keçirilib.
Yoxlamalar zamanı 21 vergi ödəyicisinə məxsus 22 obyektdə ümumilikdə 84 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyi müəyyənləşdirilib.
Aşkarlanmış pozuntularla bağlı həmin şəxslərin əmək hüquqları bərpa edilib, işəgötürənlərə isə ümumilikdə 170 min manat maliyyə sanksiyası tətbiq olunub.
