Əsas Səhifə > Güney Press > Azərbaycan Mərkəzi Bankı interyer dizayn şirkətini CƏRİMƏLƏDİ

Azərbaycan Mərkəzi Bankı interyer dizayn şirkətini CƏRİMƏLƏDİ


Bu gün, 14:57

Memarlıq, fasad, interyer dizayn şirkəti “Melograno Desing” Məhdud Məsuliyyətli Cəmiyyət valyuta qaydalarını pozmaqda ittiham olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 19 min ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürüb.

Lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Melograno Desing” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC inzibati xətanın obyekti olmuş məbləğin 20 faizi, yəni 3800 dollar məbləğində cərimə edilib.

Qeyd edək ki, “Melograno Desing” MMC 2012-ci ildən fəaliyyət göstərir. Direktoru Anar Quliyevdir.


Geri qayıt