Əsas Səhifə > Güney Press > 68 yaşlı Mədət Quliyevdən güc nümayişi

68 yaşlı Mədət Quliyevdən güc nümayişi


Bu gün, 15:11

Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycanın milli qəhrəmanı, general-polkovnik Mədət Quliyev idman zalında nümayiş etdirdiyi güclə diqqət çəkib.

Gununsesi.info bildirir ki, məşhur general məşq zamanı 102 kq ağırlıq qaldırıb.

Əlbəttə ki, 68 yaşında belə güc nümayişi izləyənlərdə maraq doğurub. Mədət Quliyevin timsalında bir daha əmin olduq ki, yaş rəqəmlərdən ibarət olsa da, güc əzmkarlığın göstəricisidir.

Görüntülər sağlam həyat tərzinin və müntəzəm məşqin əhəmiyyətini bir daha xatırladır.

Demək ki, insan yaşa dolduqca deyil, həvəsdən düşdükcə qocalır.

Dəyərli Milli Qəhrəmanımıza həvəsi qocalmayan ruh, sağlam can və həyat eşqi ilə dolu uzun ömür arzulayırıq.


Geri qayıt