Əsas Səhifə > Güney Press > Ermənistanın səhiyyə nazirinin adından tibb işçilərinə saxta mesajlar göndərilib

Ermənistanın səhiyyə nazirinin adından tibb işçilərinə saxta mesajlar göndərilib


Bu gün, 16:01

"Telegram" platformasında Ermənistanın səhiyyə naziri Anait Avanesyanın adı və fotoşəkli ilə saxta hesab yaradılıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası nazirin sözlərinə istinadən məlumat yayıb.

O qeyd edib ki, həmin hesabdan tibb işçilərinə bioqrafik və digər şəxsi məlumatları təqdim etmək xahişi ilə mesajlar göndərilir: "Xahiş edirəm belə mesajlara cavab verməyəsiniz".


Geri qayıt