Əsas Səhifə > Güney Press > Elm və Təhsil Nazirliyi bu şirkətlərə 9,4 milyon manat ödəyəcək

Elm və Təhsil Nazirliyi bu şirkətlərə 9,4 milyon manat ödəyəcək


Bu gün, 16:38

Elm və Təhsil Nazirliyi 3 şirkətlə nəhəng müqavilə bağlayıb.

İqtisadiyyat.az xəbər verir ki, müqavilələrin ümumi maliyyə dəyəri 9,4 milyon manatdır.

Belə ki, Nazirlik təhsil sistemində səmərəliliyin artırılması üçün süni intellektin tətbiqinə başlayır və bununla bağlı xidmətlərin satınalınması ilə bağlı "B2B Qrup" şirkəti ilə 1 274 400 manat dəyərində müqavilə bağlayıb.

Nazirliyin şəbəkə İnfrastrukturunun təkmilləşdirilməsinin satın alınması ilə bağlı "Edumedia Azərbaycan" şirkəti ilə bağladığı müqavilənin maliyyə dəyəri 1 987 027,96 manat müəyyənləşib. Nazirlik eyni şirkətlə innovativ rəqəmsal tədris resurslarının satın alınmasına görə bağladığı müqaviləyə 1 445 169,6 manat ödəniş edəcək.

Bundan əlavə, ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulması işlərinin də aparılması nəzərdə tutulur. Nazirlik bununla bağlı isə "Texno Lyuks M" şirkəti ilə 7 990 080,52 manat dəyərində müqavilə bağlayıb.


Geri qayıt