Əsas Səhifə > Güney Press > DSMF daha bir ofis üçün 860 min ödəyib
DSMF daha bir ofis üçün 860 min ödəyibBu gün, 17:59 |
|
Xəbər verdiyimiz kimi, dünən Dövlət Sosial Müdafiə Fondu (DSMF) 3 ayrı filialı üçün ofis icarəyə götürüb. Tribuna.az xəbər verir ki, “Grand Hotel” və Prezidentin mühafizə xidmətinin sabiq ərisi Bəylər Əyyubovun bacısından götürülən icarə prosesinə bu gün daha biri əlavə olunub. Belə ki, DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsi icarəyə götürülüb. Sözügedən obyektin sahibi Amil Qinyaz oğlu Bayramovun olduğu qeyd edilir. Tərəflər 18 ay müddətinə icarə haqqı üçün 863 min 280 manata anlaşıblar. Geri qayıt |