Əsas Səhifə > Güney Press > İran sərhədində təhlükəli manevr:
İran sərhədində təhlükəli manevr:Bu gün, 09:28 |
|
İsrail qırıcı təyyarələri İran sərhədi yaxınlığında manevr edərək, Tehranı reaksiyaya təhrik etməyə çalışıb. Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Nəşrin yazdığına görə, İsrail bununla İrana hücuma zəmin yaratmaq üçün Tehranın qırıcılarına atəş açacağını gözləyib. “Axios”a danışan ABŞ rəsmilərinin sözlərinə görə, bu əməliyyat yanlış hesablamaya və İranın cavab reaksiyasına səbəb ola, nəticədə müharibə yenidən alovlana bilərdi. Təl-Əviv əməliyyat barədə əvvəlcədən ABŞ-ni məlumatlandırıb və məqsədin İsraildə keçiriləcək seçkilər ərəfəsində İranın mümkün hücumlarına qarşı güc nümayiş etdirmək və çəkindirmə yaratmaq olduğunu bəyan edib. Məlumata əsasən, onlarla İsrail qırıcısı və yanacaqdolduran təyyarəsi bazar ertəsi Suriya və İraqın hava məkanından keçərək İran sərhədinə yaxın ərazilərədək uçub, daha sonra geri qayıdıb. Təyyarələrin uçuş marşrutu İrana ehtimal olunan hücum marşrutu ilə üst-üstə düşüb. “Fox News” da bundan əvvəl hərbi manevrlər barədə məlumat vermişdi. Geri qayıt |