Əsas Səhifə > Güney Press > SEPAH Hörmüz boğazında 4 gəminin eyni vaxtda vurulduğunu bildirir
SEPAH Hörmüz boğazında 4 gəminin eyni vaxtda vurulduğunu bildirirBu gün, 11:26 |
|
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri 4 gəminin eyni vaxtda vurulduğunu bildirib. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə SEPAH-ın bəyanatında qeyd olunub. Bəyanatda deyilir ki, SEPAH qüvvələri qanunsuz marşrutla hərəkət etmiş 4 gəmini izləyərək, onları Fars körfəzinin şimal hissəsinin mərkəzində neft yüklərini gəmidən-gəmiyə daşıyarkən aşkar edib. Bildirilib ki, dörd gəminin hamısı eyni vaxtda vurulub və yanır. Bəyanatda vurğulanıb ki, ABŞ gəmiləri Hörmüz boğazının qeyri-qanuni və minalanmış hissəsindən keçməyə təhrik edir və buna görə də hədəfə alınan gəmilərin sayı gündən günə artır. SEPAH vəziyyətin bu cür davam edəcəyi təqdirdə, ABŞ-ın regional bazalarına hücum olunacağı ilə hədələyib. “Bu ciddi bir xəbərdarlıqdır”, - bəyanatda qeyd olunub. “Fars” xəbər agentliyi isə SEPAH Hərbi Dəniz Qüvvələrinin Fars körfəzinin şimalında vurduğu 4 gəminin ABŞ-a məxsus olduğunu və ya Amerika şirkəti üçün yük daşıdığını bildirib. Geri qayıt |