Əsas Səhifə > Güney Press > “Grand-Mart” məhsulu üzərində göstərilən qiymətdən baha satıb
“Grand-Mart” məhsulu üzərində göstərilən qiymətdən baha satıbBu gün, 12:40 |
|
Azərbaycanda pərakəndə ticarətlə məşğul olan “Grand-Mart” MMC barəsində qida məhsulunun qiyməti ilə bağlı inzibati xəta protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatında qida məhsulunun üzərində göstərilən qiymətdən baha satıldığı bildirilir. Sentyabrın 17-də rəsmiləşdirilən protokol İnzibati Xətalar Məcəlləsinin istehlakçının malın hesabına dair az miqdarda aldadılması ilə bağlı 447.0.1-ci maddəsinə əsaslanır. Bu maddə üzrə hüquqi şəxslər üçün 4 000 manatdan 6 000 manatadək cərimə nəzərdə tutulur. Bununla belə, Agentliyin təqdim etdiyi siyahıda “Grand-Mart” MMC-yə konkret cərimə tətbiq edildiyi barədə yekun qərar göstərilmir. “Grand-Mart” MMC Azərbaycanda supermarket şəbəkələrini idarə edir. Şirkət “Grandmart”, “Megastore” və “Bolmart” kimi mağaza şəbəkələri ilə əlaqəlidir. Geri qayıt |