Əsas Səhifə > Güney Press > Daha bir avtobus sürücüsü “küsdü”
Daha bir avtobus sürücüsü “küsdü”Bu gün, 13:04 |
|
Bakının ictimai nəqliyyatda növbəti özbaşınalıq və sərnişin narazılığı qeydə alınıb. “Yeni Sabah” xəbər verir ki, 5 nömrəli müntəzəm marşrut xəttində çalışan avtobus sürücüsünün etikadan kənar davranışından şikayət dilə gətirilib.
Şikayətçi sürücünün küçə ifadələri ilə danışdığını, davranışının və idarəetməyə yanaşmasının bu vəzifəyə uyğun gəlmədiyini bildirib. Vətəndaşlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək marşrut xətlərinə sürücü seçimi zamanı daha ciddi nəzarət olunmasını və sözügedən sürücü barəsində dərhal intizam tədbirinin görülməsini tələb edirlər Geri qayıt |