Əsas Səhifə > Güney Press > Dövlət qurumundan şirkətə 4,3 milyonluq sifariş
Dövlət qurumundan şirkətə 4,3 milyonluq sifarişDünən, 15:42 |
|
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təchizat İdarəsi (VÖEN: 1600188111) yumşaq inventarların satın alınması ilə bağlı tenderi yekunlaşdırıb. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Esen Tekstil” MMC (VÖEN: 1007376401) olub. Tərəflər arasında 4 milyon 265 min 794 manatlı müqavilə imzalanıb.Qeyd edək ki, dövlət qurumu bu tender üçün 6 milyon 124 min 459 manat vəsait ayırmışdı. Şirkət isə bu qiymətdən 30,3% - 1 milyon 858 min 665 manat daha ucuz qiymət təklif edib. Xatırladaq ki, “Esen Tekstil” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşid Xəlilov Tahir oğludur. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mikrorayon 7, ev 29 B, m. 86 ünvanında yerləşir. Geri qayıt |