Əsas Səhifə > Güney Press > SOCAR 5 il bundan əvvəl xalqdan aldığı borcu qaytardı
SOCAR 5 il bundan əvvəl xalqdan aldığı borcu qaytardıDünən, 17:18 |
|
Dövlət Neft Şirkəti (SOCAR) 5 il bundan əvvəl dövriyyəyə buraxdığı 100 milyon ABŞ dolları dəyərində istiqrazlara görə geri ödəniş edib. Bu barədə Yurd.Media-ya SOCAR-dan bildirilib. Məlumata görə, bu gün istiqraz sahiblərinə 3 aylıq fasilədən sonra sonuncu faizlər ödənilib. Qiymətli kağızların illik gəlirliliyi 4,5% olduğu üçün ümumi faiz ödənişi 22,5 milyon dollar təşkil edib. İnvestorlar bunun 1,125 milyon dollarını bu gün alıb. Geri qayıt |