Əsas Səhifə > Güney Press > “RAM Construction” xaricə dollar köçürdüyünə görə
“RAM Construction” xaricə dollar köçürdüyünə görəDünən, 18:18 |
|
Metal-konstruksiya işləri üzrə ixtisaslaşmış “RAM Construction” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində protokol tərtib edilib. Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 13,8 min ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə 2024-cü ildəavans olaraq ölkə xaricinə köçürüb. Lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. “RAM Construction” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şirkət inzibati xətanın obyekti olmuş məbləğin 20 faizi, yəni 2760 ABŞ dolları məbləğində cərimə edilib. Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən “RAM Construction” sənaye obyektlərinin, soyuducu kameraların və anbarların inşası, metal-konstruksiya və sendviç panel işləri həyata keçirir. Şirkətin direktoru Murad Məmmədovdur. Geri qayıt |