Əsas Səhifə > Ana xəbər / Cəmiyyət > Elm və Təhsil Nazirliyinin Respublika İdman Mərkəzinə direktor təyin olundu

Elm və Təhsil Nazirliyinin Respublika İdman Mərkəzinə direktor təyin olundu


22-09-2026, 18:01

Elm və Təhsil Nazirliyinin tabeliyində olan “Təhsil” Respublika İdman Mərkəzinə direktor təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Toğrul Xəlilov təyinat alıb.

Qeyd edək ki, T.Xəlilov beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir. O, 1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. “Kapital Bank” ASC-də satış kanalları departamentinin direktoru vəzifəsində çalışıb.


Geri qayıt