Əsas Səhifə > Ana xəbər / Güney Press > MDB sammitinin gizli gündəmi nə olub?
MDB sammitinin gizli gündəmi nə olub?Dünən, 10:33 |
|
Sammitin rəsmi gündəliyindən kənara çıxan əsas məsələlərdən biri rus dilinin MDB ölkələrində vəziyyətidir. Təsadüfi deyil ki, toplantıda Hökumətlərarası Rus Dili Təşkilatının baş katibi Nataliya Boçarovanın məruzəsi dinlənilib. Rusiya prezidenti Vladimir Putin rus dilini MDB ölkələrini birləşdirən mühüm amil kimi təqdim edib. Aydındır ki, Moskva üçün bu dil yalnız ünsiyyət vasitəsi deyil, həm də tarixi, mədəni və siyasi əlaqələrin qorunması alətidir. Tarix elmləri doktoru və Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Boris Şmelev nəşrə deyib ki, MDB ölüdən daha çox canlıdır: “Əlbəttə ki, Birliyin yarandığı dövrdə qarşıya qoyduğu məqsədlərlə hazırkı fəaliyyəti arasında böyük bir uçurum var. 1991-ci ildə Alma-Ata Bəyannaməsi ortaq hökumət və vahid iqtisadi münasibətlər sistemi olan yumşaq konfederasiya prinsiplərini təsbit etdi. Bu, nəticə vermədi...Bu gün MDB daha çox qərarların məcburi olmayan şəkildə həyata keçirildiyi bir forumdur. Amma mən yenə də bunu silib atmazdım, çünki o, postsovet məkanında birləşdirici azsaylı elemetlərdən biridir. Postsovet məkanı vahid geosiyasi sahə deyil. Mən MDB-nin tərkibində olan və olan ölkələri üç qrupa bölərdim. Biri Transatlantik əməkdaşlığa və AB üzvlüyünə sadiqdir. Bunlar artıq təşkilatda olmayan Gürcüstan və Ukraynadır. Moldova da bu sıradadır. İkinci qrup dövlətlər Rusiya ilə inteqrasiyaya təırəfdardır, lakin onu hərbi və ya siyasi cəhətdən dəstəkləmir. Bunlar Azərbaycan, Türkmənistan və Özbəkistandır. Üçüncü qrup Rusiya ilə həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən əməkdaşlıq edən ölkələri əhatə edir. Bunlar Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və müəyyən şərtlərlə Ermənistandır”. Qeyd edək ki, Azərbaycan üçün isə əsas məsələ regional əməkdaşlıq imkanlarından yararlanmaqla müstəqil xarici siyasət kursunu qorumaqdır. MDB daxilində fərqli maraqların mövcudluğu nəqliyyat, ticarət və enerji sahələrində yeni imkanlar yarada bilər, lakin böyük güclər arasındakı rəqabət diplomatik balansı da vacib edir. Görünən budur ki, Rusiyanın postsovet məkanında təsirini qorumaq istəyi ilə üzv dövlətlərin milli maraqları arasında münasibətlər gələcəkdə də Birliyin gündəliyini müəyyənləşdirən əsas amillərdən biri olaraq qalacaq... Musavat.com Geri qayıt |