Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ

Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ


Bu gün, 06:51

"Dini sekta Yehovanın Şahidləri var, məclislər qurub insanları dəvət edirlər. Dil öyrənmək və ünsiyyət qurmaq üçün bəzən miqrantlar da həmin görüşlərə qatılır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında hazırda Almaniyada yaşayan jurnalist Orxan Atabəy qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Dünən mən də qatılmışam. Bir alman yaxınlaşıb dedi ki, bu adamın dediklərini tərcümə elə. Dedim, axı o əfqan dilində danışır, mən onu başa düşmürəm.
Kinayə ilə soruşdu:
- Sən hardansan? Diliniz fərqlidir?
Kinayəsinı cavab, yalandan dedim:
- Azərbaycan, Grünfeld kəndindən.
Çaşdı:
- Grünfeld? Kəndə niyə alman sözü qoymusunuz?
Dedim:
- Biz qoymamışıq. Avropada baş verən aclıqdan qaçıb Azərbaycana sığınan alman miqrantlar qoyublar. Azərbaycanda Annenfeld, Traubenfeld kimi onlarla alman miqrant məskənləri var.
Sonra məni çağırdılar. Bir az sonra uzaqdan baxıram ki, kişi oturub Google-da Azərbaycandakı alman köçkünlərini araşdırır. Sonra kimisə çağırıb təəcüblə telefonda nələrisə göstərir..."

Geri qayıt