Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI
Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATIBu gün, 10:49 |
|
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat baş tutub. Yurd.Media-nın əldə etdiyi məlumata görə, Üzeyir Topçibaşev Azərbaycan İnvestisiya Holdinqində Layihələrin idarəedilməsi ofisinin direktoru vəzifəsinə təyin olunub.
O, bundan əvvəl Ultel LLC şirkətində baş direktorun müavini olub. Ü. Topçibaşev 2025-ci ilin iyul-noyabr aylarında bu vəzifədə çalışıb. 2022-ci ilin avqustundan 2025-ci ilin iyulunadək isə "AzerTelecom" şirkətində layihə meneceri vəzifəsini tutub. Ü. Topçibaşev 2020-ci ilin dekabrından 2022-ci ilin avqustunadək müstəqil biznes və məhsul inkişafı üzrə məsləhətçi kimi fəaliyyət göstərib. Bu müddətdə müxtəlif biznes layihələri, o cümlədən məhsul inkişafı, texniki-iqtisadi əsaslandırma, logistika mərkəzinin avtomatlaşdırılması və biznesin inkişafı üzrə layihələrdə çalışıb. Bundan əvvəl, 2018-ci ilin martından 2020-ci ilin noyabrınadək "AgroCenter-Azerbaijan Agriculture Training and Development Center"də baş əməliyyat direktoru olub. Burada kənd təsərrüfatı üzrə tədqiqat və inkişaf layihələrinə rəhbərlik edib. Üzeyir Topçibaşev 2014-2018-ci illərdə ATL Tech şirkətində əvvəlcə layihələrin idarəedilməsi direktoru, daha sonra isə kommersiya direktoru vəzifələrində çalışıb. 2013-2014-cü illərdə ATL Consultingdə layihə meneceri, 2011-ci ilin iyul-avqust aylarında isə Mace Groupda kommersiya menecerinin köməkçisi vəzifəsində fəaliyyət göstərib. Geri qayıt |