Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU
Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMUBu gün, 10:57 |
|
Oktyabrın 12-də Rusiyanın hava limanlarında PUA hücumları ilə əlaqədar uçuş cədvəllərində yenidən gecikmələr və ləğvlər qeydə alınıb. Lent.az xəbər verir ki, ləğv olunanlar arasında AZAL-ın reysləri də var. “Vnukovo” hava limanında gecə saatlarından etibarən kütləvi uçuş ləğvləri başlayıb. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin saat 01:00-da Bakıya həyata keçirilməsi planlaşdırılan reysi də ləğv edilib. Qeyd olunur ki, bundan başqa AZAL-ın Bakıya olan daha bir reysi də ləğv olunub. Məlumata görə, “Vnukovo” hava limanında həmçinin Oş, Səmərqənd, İrəvan və digər şəhərlərə də uçuşlar ləğv olunub. Pulkovo hava limanında 60-dan çox təyyarənin enişi gecikir, Soçidə isə uçuşlar bir neçə saat sonraya təxirə salınıb. Ən çox problem “Pobeda”, “Aeroflot”, “Rossiya”, “Nesma Airlines” və “Red Sea Airlines” aviaşirkətlərinin reyslərində müşahidə olunur. Geri qayıt |