Əsas Səhifə > Ana xəbər / Güney Press > 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ

50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ


Bu gün, 11:06

“Media Balans” MMC (VÖEN: 1603256931) təsisçinin qərarına əsasən “Azərsun Holdinq” MMC-yə (VÖEN: 9900020991) qoşulub.

"DİA-AZ" xəbər verir ki, bu qoşulma ilə əlaqədar şirkət ləğv edilib. Bununla bağlı kreditorlar öz tələblərini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, giriş 134 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Media Balans” MMC 2018-ci ildə yaradılıb. Nizamanmə kapitalı 50 min manat olan şirkətin qanuni təmsilçisi İsmayılzadə Roya Shadfar Mohammad qızıdır. Şirkət Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev.132 hüquqi ünvanında yerləşir.

“Azərsun Holinq” MMC isə 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 127 milyon 626 min 666,67 manat, qanuni təmsilçisi Mehmet Savas Uzundur. Şirkət Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev.90 hüquqi ünvanında yerləşir.


Geri qayıt