Əsas Səhifə > Ana xəbər / Güney Press > "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ

"Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ


Bu gün, 11:11

“Adem İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, kafel, metlax satışı ilə məşğul olan şirkət tərəfindən 16 min ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Buna görə də “Adem İnşaat” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə şirkət barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi miqdarında, yəni 3222 ABŞ dolları cərimə edilib.

Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən “Adem İnşaat” MMC-nin əsasən kafel, metlax, keramoqranit və digər tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan mağazalar şəbəkəsidir. Şirkətin direktoru Söhbət Abdullayevdir.


Geri qayıt