Əsas Səhifə > Ana xəbər / Güney Press > Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi

Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi


Bu gün, 18:25

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat baş tutub.

"DİA-AZ" xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf əmr imzalayıb.

Əmrə əsasən, hüquq elmləri üzrə fəlsəfə doktoru Rafael Quliyev SOCAR-ın Korporativ idarəetmənin təşkili şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

O, bu təyinata qədər "Paşa Sığorta" ASC-də Məhkəmə işləri sektorunun müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Quliyev Vəkillər Kollegiyasının üzvüdür.


Geri qayıt