Əsas Səhifə > Ana xəbər / Güney Press > Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT

Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT


Bu gün, 05:47

Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzində yeni təyinat olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Kamran Səmədov Mərkəzin Satış və logistika müdiri təyin edilib.

O, bundan əvvəl "Agro-West DC" MMC-də satış nümayəndəsi vəzifəsində çalışıb.

2023-cü ilin martından 2025-ci ilin iyulunadək "Leads Group Supply" şirkətində Satınalma mütəxəssisi vəzifəsində çalışıb.

K. Səmədov daha əvvəl Dövlət Vergi Xidmətində vergi müfəttişi kimi də çalışıb. O, 2016-cı ilin fevralından 2022-ci ilin dekabrınadək bu vəzifədə fəaliyyət göstərib.


Geri qayıt