Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi
“Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdiBu gün, 09:14 |
|
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoruna yeni müşavir təyin olunub. Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin baş direktoru Emil İbrahimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Vasif Salayev baş direktorun müşaviri vəzifəsinə təyin olunub. V.Salayev bundan əvvəl uzun illər enerji, dəmir yolu və neft-qaz sektorları üçün elektrik avadanlıqlarının istehsalı, layihələndirilməsi və quraşdırılması ilə məşğul olan ATEF Qrup Şirkətlərində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, 2022-ci ilin fevralından 2026-cı ilin fevralınadək ATEF Qrup Şirkətlərinin Böyük Güc Transformatorları Zavodunun direktoru vəzifəsində çalışıb. Bundan əvvəl isə 2013-cü ilin fevralından 2022-ci ilin iyun ayınadək həmin zavodda baş mühəndis vəzifəsini tutub. Salayev ATEF-də karyerasına 2011-ci ildə dizayn mühəndisi kimi başlayıb və 2013-cü ilədək bu vəzifədə çalışıb. Beləliklə, Vasif Salayev ATEF Qrup Şirkətlərində ümumilikdə 14 ildən artıq müxtəlif vəzifələrdə çalışıb.
Geri qayıt |