Əsas Səhifə > Ana xəbər / Güney Press > Nəsimi erməni ailəsinin evində nələr yaşayıb?
Nəsimi erməni ailəsinin evində nələr yaşayıb?Bu gün, 09:59 |
|
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevin hüquq-mühafizə orqanlarına verdiyi ifadə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Globalinfo.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. Bildirilib ki, N.Musayev verdiyi ifadədə erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətində olmadığını deyib. “Nəsiminin sözlərinə görə, bir neçə dəfə “məni buraxın, gedim” deyə xahiş edib. Lakin ev sahibəsi onun silahının lüləsinin ön hissəsindən tutduqda atəş açıb. Bundan əlavə, azərbaycanlı hərbçi yazılı ifadəsində hadisədən sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla zərbə vurduqlarını və döydüklərini bildirib. Musayevin danışdığı başqa bir məqam da diqqət çəkir. Onun sözlərinə görə, qan itirməsinə baxmayaraq, evdən qaça bilib. Daha sonra hüquq-mühafizə orqanları onu yaralı vəziyyətdə çöldə aşkarlayıblar”, – deyə nəşr yazıb. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin Zəngəzurun Şəki kəndində saxlanıldığı haqda Ermənistan rəsmi qurumları 1 oktyabrda məlumat yayıb. Onun bir erməninin evinə girdiyi, orada dincəldiyi, ev yiyəsi qadının ona hücum etdiyi, nəticədə qadına ayağından atəş açdığı, polisə isə müqavimət göstərmədən təslim olduğu deyilir. 2 oktyabrda N.Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Geri qayıt |