Əsas Səhifə > Ana xəbər / Güney Press > Rüfət Əzizovdan YENİ TƏYİNAT

Rüfət Əzizovdan YENİ TƏYİNAT


Bu gün, 16:17

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı rektor Rüfət Əzizov əmr imzalayıb.

Əmrə əsasən, Elmar Quliyev Tələbələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, 2024-cü ildən ADNSU-da çalışır. Bu təyinata qədər Əcnəbi tələbələrlə iş üzrə məsul şəxs, daha əvvəl isə Layihələrin idarə edilməsi şöbəsinin rəhbəri və Layihə rəhbəri vəzifələrində işləyib.


Geri qayıt