Əsas Səhifə > Ana xəbər / Güney Press > "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..."
"Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..."Bu gün, 09:51 |
|
Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi imzalandıqdan sonra Ermənistan və Azərbaycan arasında sülhün necə olmalı olduğuna dair öz baxışını təqdim edib. O, anklav və eksklavların ləğvi üçün ərazilərin dəyişdirilməsinin, bütün kommunikasiyaların açılmasının və qarşılıqlı iddialardan tam imtina edilməsinin tərəfdarı olduğunu bildirib. Paşinyan vurğulayıb ki, Ermənistanın ərazisi 29 743 kvadratkilometr təşkil etməli, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi isə Alma-Ata Bəyannaməsi əsasında həyata keçirilməlidir. Musavat.com xəbər verir ki, anklav və eksklavlar məsələsinə toxunan Ermənistanın baş naziri bu problemi ərazilərin dəyişdirilməsi yolu ilə həll etməyi təklif edib. "Anklav və eksklav məsələsi növbəti düsturla həll olunmalıdır. Sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır. Yəni iki ölkə - Ermənistan və Azərbaycan müvafiq dəqiq ölçülərdə ərazi mübadiləsi həyata keçirməlidir", - deyə Paşinyan qeyd edib. Paşinyan bildirib ki, bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır. Onun sözlərinə görə, nəqliyyat əlaqəsi hər iki ölkənin ərazisindən keçməklə sərbəst hərəkət imkanını təmin etməlidir. "Bütün kommunikasiyalar işləməli və açıq olmalıdır. O cümlədən Azərbaycan ərazisindən keçməklə Ermənistana və Ermənistan ərazisindən keçməklə Azərbaycandan Azərbaycana hərəkət üçün bu məntiqlə əlaqə təmin edilməlidir", - deyə Paşinyan bəyan edib. Ermənistanın baş naziri dayanıqlı sülhün digər əsas şərti kimi tərəflərin qarşılıqlı tələblərdən tam imtina etməsini göstərib: "Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli və bütün məsələlərdə, bütün sahələrdə bir-birini rahat buraxmalıdırlar - heç bir tələb olmamalıdır. O cümlədən Qarabağ, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla". Paşinyan həmçinin bildirib ki, Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslardan sonra onda bəyan edilən şərtlər daxilində sülhün əldə olunması imkanına dair ilkin təəssürat yaranıb. "Və yaxın gələcəkdə biz bu imkanı reallaşdırmaq və həyata keçirməklə məşğul olacağıq", - deyə Ermənistanın baş naziri bildirib. Geri qayıt |