Əsas Səhifə > Ana xəbər / Güney Press > Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ

Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ


Bu gün, 09:57

“İnşaat-Tərəqqi" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 17,6 min avro məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməlyatların aparılması qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələbinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “İnşaat-Tərəqqi" MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 3519 avro cərimə edilib.

Qeyd edək ki, “İnşaat-Tərəqqi" MMC 2004-cü ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10manat olan şirkətin rəhbəri Aftil Aydınovdur.


Geri qayıt