Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazir müavininə yeni köməkçi təyin olundu
Nazir müavininə yeni köməkçi təyin olunduBu gün, 11:26 |
|
İqtisadiyyat Nazirliyində yeni təyinat baş tutub. Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Aygül Şahüseynzadə nazir müavininin köməkçisi vəzifəsinə təyin olunub. O, oktyabr ayından etibarən yeni vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, A.Şahüseynzadə bundan əvvəl müxtəlif təhsil və özəl müəssisələrdə, eləcə də bank sektorunda fəaliyyət göstərib. Xatırladaq ki, iqtisadiyyat nazirinin 6 müavini vardır. Geri qayıt |