Əsas Səhifə > Ana xəbər / Güney Press > Fərid Məmmədovdan 4 yeni təyinat

Fərid Məmmədovdan 4 yeni təyinat


Bu gün, 15:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni təyinatlar olub.

"DİA-AZ" bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmrlər imzalayıb.

Belə ki, aparılmış struktur dəyişiklikləri nəticəsində Tural Əlizadə 1 saylı Bakı DOST Mərkəzinin, Yavər Abbasov Qarabağ Regional DOST Mərkəzinin direktoru təyin edilib.

Həmçinin, Şamil Əliyev Naxçıvan Regional DOST mərkəzinin direktor müavini, Elmira Hacıbəyova isə “DOST İnfrastruktur Mərkəzi” MMC-nin direktor müavini vəzifəsinə təyin olunub.


Geri qayıt