Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır

Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır


Bu gün, 15:35

Vətəndaş iddia edir ki, Yasamalda yerləşən Tatte restoranında ödəniş zamanı kartından çıxılan 60 manat iki həftədir geri qaytarılmır.

Gununsesi.infobildirir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, sentyabrın 30-da kafedə səhər yeməyi yeyərkən ödəniş zamanı POS-terminalda problem yarandığı bildirilib.

“Ofisiant xanım POS-terminal tərəfindən ödənişin rədd edildiyini və məbləğin gün ərzində kartıma geri qaytarılacağını dedi. Mən də kartdan-karta köçürmə etdim. Artıq iki həftədir məbləğ geri qaytarılmır. Öz bankımla əlaqə saxlamışam, hesabımda geri qaytarılma əməliyyatı görünmür. Tatte kafesinin meneceri ilə də əlaqədəyəm. İki həftədir araşdırdıqlarını desələr də, hələ də məsələni həll edə bilməyiblər. Bilmək istəyirəm, bununla bağlı hansı dövlət qurumuna şikayət edə bilərəm? Məlumatı olan şəxslərdən kömək etmələrini xahiş edirəm”, – deyə vətəndaş paylaşımında bildirib.


Geri qayıt