Əsas Səhifə > Ana xəbər / Güney Press > Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub

Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub


Bu gün, 19:05

Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ülvi Ədilzadə Bankda Müştəri Münasibətlərinin İdarə Edilməsi Departamentinin direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ü.Ədilzadə 10 ildən artıqdır ABB-də müxtəlif məsul vəzifələrdə çalışır.

O, 2024-cü ildən yeni təyinata qədər müştəri Münasibətlərinin İdarə Edilməsi Departamentinin Alternativ satışlar şöbəsinin rəhbəri, 2022 – 2024-cü illərdə Zəng Mərkəzi və Teleşatış şöbəsinin Alternativ satışlar üzrə komanda rəhbəri, 2016 – 2024-cü illərdə Alternativ satış kanalları üzrə qrup rəhbəri vəzifələrində işləyib.

Əmək fəaliyyətinə bank sektorunda başlayan Ü.Ədilzadə 2014–2016-cı illərdə "Unibank"da mütəxəssis vəzifəsində çalışıb.


Geri qayıt