Əsas Səhifə > Ana xəbər / Güney Press > Tıxacları yaradan elə AYNA-nın özüdür...
Tıxacları yaradan elə AYNA-nın özüdür...Bu gün, 04:46 |
|
Gördüyünüz bu ərazi Mətbuat prospektindən ('Azərbaycan' nəşriyyatı) Hüseyn Cavid prospektinə keçid yolu olan Ayna Sultanova küçəsidir. Göründüyü kimi, yolun həm sağ, həm də sol hissəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ağ xətlərlə nişanlanaraq parklanma zonasına çevrilib. Nəqliyyatın sıx hərəkət etdiyi belə küçələr əslində boş və açıq saxlanılmalıdır ki, tıxaclar yaranmasın. Gundemxebertv.com bildirir ki, bu məsələ ilə bağlı istər mətbuatda, istərsə də sosial şəbəkələrdə dəfələrlə çəkilişlər olunub işıqlandırılsa da, heç bir xeyri yoxdur. Gözləri doymaq bilmir! Məqsəd sanki insanları incitmək, onların cibinə girmək və qiymətli vaxtlarını yollarda almaqdır. İnsanın ömrü yollarda, tıxaclardamı keçməlidir? Təkcə bu küçə deyil, Bakının demək olar ki, bütün yolları eyni acınacaqlı vəziyyətdədir.
Geri qayıt |