Əsas Səhifə > Ana xəbər / Güney Press > Türkiyə bizim canımızdır, amma...

Türkiyə bizim canımızdır, amma...


Bu gün, 06:51

Türkiyə bizim canımızdır, amma Türkiyədə nə iqtidar, nə müxalifət Azərbaycanın daxili işlərinə qarışa bilər. Hicab qərarı düz və ya səhv olsa belə, bu, yalnız Azərbaycanın işidir. Nə vaxtsa görmüsünüz ki, Azərbaycan rəsmilərindən kimsə Türkiyənin daxili işləri ilə bağlı açıqlama versin? Ərdoğanın baş müşaviri Oqtay Saralın açıqlaması AKP sözçüsü Ömər Çelikin bir neçə gün əvvəlki açıqlaması ilə uyğun gəlmir. Çelik demişdi ki, iki ölkənin fərqli daxili və xarici siyasət gündəmi ola bilər. Sonra da açıqlandı ki, sosial şəbəkələrdə münasibətləri pozmağa çalışan məqsədli paylaşımlar aşkarlanıb. Amma münasibətlərə Saralın açıqlamaları da kölgə salır. Belə açıqlamalar türk düşmənlərinə, Türkiyədən düşmən obrazı yaratmaq istəyənlərə fürsət verir. Hicab Azərbaycan-Türkiyə qardaşlığının arasında pərdəyə çevrilməməlidir. 

.

Nigar Sabirqızı - "DİA-AZ"


Geri qayıt