Əsas Səhifə > Ana xəbər / Güney Press > Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi

Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi


Bu gün, 11:45

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin edib.

"DİA-AZ" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı o, müvafiq əmrlər imzalayıb.

Məlumata görə, Elşad Mahmudov sədrin köməkçisi, Elmir Bədəlov isə sədrin müşaviri vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, E.Mahmudov 2022-ci ildən bu təyinata qədər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində, E.Bədəlov isə 2022-ci ildən bu təyinata qədər Böyük Britaniyanın Bakıdakı səfirliyində çalışıb.


Geri qayıt