Əsas Səhifə > Ana xəbər / Güney Press > "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı
"Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldıBu gün, 15:31 |
|
Azərbaycanda fəaliyyət göstərən tütün şirkətinin vəzifəli əməkdaşı işdən çıxıb. Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Tabaterra Group"a daxil "Tabaterra Leaf"ın Maliyyə və mühasibatlıq şöbəsinin müdiri İbrahim Məmmədov vəzifəsindən ayrılıb. O, 2021-ci ildən bu şirkətdə çalışırdı. İ. Məmmədov daha əvvəl "Tobacco" şirkətində Maliyyə nəzarəti və hesabatlılıq üzrə müdir müavini vəzifəsində işləyib. O 1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. O, ACCA (Association of Chartered Certified Accountants) təşkilatının üzvüdür. İ.Məmmədov "V Yüksəliş" müsabiqəsinin qalibidir. Qeyd edək ki, "Tabaterra Leaf" "Tabaterra Group"a daxil olan və Azərbaycanda fəaliyyət göstərən tütün yarpaq şirkətidir. Şirkətin baş ofisi Sumqayıtda, müəssisəsi Zaqatalada yerləşir. Şirkətin Zaqatala, Şəki, Qax və Balakən bölgələrində 4 ədəd qəbul və emal (qurutma) mərkəzi fəaliyyət göstərir.
Geri qayıt |