Əsas Səhifə > Ana xəbər / Güney Press > Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu

Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu


Bu gün, 03:44

Yevlax Şəhər İcra Hakimiyyəti şəhər ərazisindəki mənzil fondunun yenilənməsi və abadlıq işləri çərçivəsində keçirdiyi növbəti iri satınalma müsabiqəsinə yekun vurub.

32gun.az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyəti Yevlax şəhərində yerləşən çoxmənzilli yaşayış binalarının fasadlarında əsaslı təmir işlərinin satın alınması üzrə "QARA QAYA" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamağa hazırlanır.


Bağlanılması gözlənilən müqavilənin ümumi dəyəri 268.362,68 AZN (268 min manatdan çox) təşkil edir.

2 manatlıq kapital, Bakı ünvanı və Anar Tağıyevin tender seçimi

Rəsmi registr məlumatlarına əsasən, "QARA QAYA" MMC 02.03.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Uzununa küçəsi, ev 19B kimi göstərilən şirkətin nizamnamə kapitalı cəmi 2 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Aydın Əliyarov Əliyar oğludur.

Xatırladaq ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Aqil oğlu Tağıyevdir.

Nizamnamə kapitalı simvolik olaraq cəmi 2 manat təşkil edən və Bakıda qeydiyyatda olan bir şirkətin Yevlaxda yaşayış binalarının yüz minlərlə manatlıq fasad təmirini həyata keçirməsi satınalma müsabiqələrindəki podratçı seçimi və maliyyə davamlılığı meyarları baxımından növbəti suallar doğurur.


Geri qayıt