Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi
İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədiBu gün, 09:46 |
|
“Özünü guya Avropaya inteqrasiya etməyə çalışan və Avropanın dəstəyini qazanan ölkə kimi təqdim edən Ermənistanda təşkil olunmuş BMT tədbirinin Liderlər Sammitinin açılış mərasimində heç bir Avropa ölkəsinin rəhbəri iştirak etməyib”. Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Edqar Qazaryan sosial media hesabında yazıb. “Bu məqsədlə Ermənistana Qazaxıstan, Tacikistan, Qırğızıstan və Zənzibar prezidentləri, Gürcüstanın baş naziri, Əlcəzair Milli Şurasının sədri gəlib”, – deyə o bildirib. Qeyd edək ki, oktyabrın 15-də İrəvanda BMT-nin Biomüxtəliflik Konvensiyası çərçivəsində keçirilən COP17 konfransının Liderlər Sammitinin açılış mərasimi baş tutub. Tədbirdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Geri qayıt |