Əsas Səhifə > Ana xəbər / Güney Press > “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib

“Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib


Bu gün, 10:58

Tikinti kimyəvilərinin istehsalı sahəsində fəaliyyət göstərən və “Mr. Fix” brendi ilə tanınan “Kartaş” MMC-yə yeni əməliyyatlar direktoru təyin edilib.

Modern.az xəbər verir ki, bu vəzifəyə istehsalat və idarəetmə sahəsində 20 ilə yaxın peşəkar təcrübəyə malik Nurlan Əliyev təyin olunub.

Nurlan Əliyev peşəkar fəaliyyəti ərzində beynəlxalq təşkilatlarda iş təcrübəsi qazanmış, dövlət qurumlarında və özəl sektorun istehsalat müəssisələrində yüksək rəhbər vəzifələr tutmuşdur. İdarəetmə, istehsalat proseslərinin optimallaşdırılması, əməliyyat effektivliyinin artırılması və təşkilati inkişaf sahələrində geniş təcrübəyə malikdir. Son təyinatına qədər “Azərsun Holdinq”in Lənkəran Konserv Zavodunun direktoru vəzifəsində çalışıb.

Yeni vəzifəsində Nurlan Əliyev şirkətin əməliyyat fəaliyyətinin idarə olunmasına, istehsalat və biznes proseslərinin təkmilləşdirilməsinə, resurslardan səmərəli istifadənin və əməliyyat effektivliyinin artırılmasına cavabdeh olacaq.

Nurlan Əliyev İstanbul Universitetində MBA təhsili alıb, həmçinin Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində Almaniyada menecerlərin təlimi üzrə təkmilləşdirmə proqramında iştirak edib. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müəssisələrin təşkili və idarə olunması ixtisası üzrə doktorantura təhsilini davam etdirir.


Geri qayıt