Əsas Səhifə > Ana xəbər / Güney Press > Qatarlar gecikdi, ADY-dən səs çıxmadı
Qatarlar gecikdi, ADY-dən səs çıxmadıBu gün, 11:13 |
|
Bakı Dəmiryol Vağzalında qatarların hərəkətində gecikmələr müşahidə olunub. Gecikmələr səbəbindən platformalarda növbələr yaranıb. Tribuna.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. O qeyd edib ki, böhran baş verəndən sonra yox, əvvəldən sərnişinə məlumat verilməli idi: “Böhran kommunikasiyası yalnız hadisə baş verdikdən sonra açıqlama vermək deyil. Bu, sərnişinə vəziyyəti izah etmək, gecikmənin səbəbini bildirmək, mümkün olduqda gözlənilən bərpa vaxtını açıqlamaq və alternativlər barədə məlumat verməkdir. Sərnişin vağzalda növbədə dayanarkən nə baş verdiyini özü öyrənməyə çalışmamalıdır. Rəsmi məlumatın olmaması qeyri-müəyyənliyi, narazılığı və şayiələri artırır. ADY-dən gözlənti sadədir: Ekspert bildirib ki, nəqliyyat xidmətinin keyfiyyəti təkcə qatarın vaxtında hərəkət etməsi ilə ölçülmür: “Problem yarandıqda sərnişinlə necə ünsiyyət qurulması da xidmətin keyfiyyətinin bir hissəsidir. Texniki problem baş verə bilər. Amma sərnişini məlumatsız qoymaq əlavə problemdir”. Geri qayıt |