Əsas Səhifə > Ana xəbər / Güney Press > “Xalq Bank”dan pullar geri çəkilir

“Xalq Bank”dan pullar geri çəkilir


Bu gün, 11:55

“Xalq Bank” ASC-nin depozit portfeli 2026-cı ilin ilk 9 ayında 16,8% və ya 322,8 milyon manat azalaraq 1 milyard 598,5 milyon manata enib.

Plat.az xəbər verir ki, 2025-ci ilin sonunda bankın depozit portfeli 1 milyard 921,3 milyon manat təşkil edirdi.

Hesabat dövründə fiziki şəxslərin bankdakı depozitləri 16,3% və ya 136,4 milyon manat azalaraq 698,5 milyon manata düşüb. Ötən ilin sonunda bu göstərici 834,9 milyon manat olub.

Hüquqi şəxslərin depozitləri isə 17,2% və ya 186,4 milyon manat azalaraq 900 milyon manata enib. 2025-ci ilin sonunda hüquqi şəxslərin bankdakı depozitləri 1 milyard 86,3 milyon manat təşkil edirdi.

Beləliklə, ilin əvvəlindən “Xalq Bank”da həm fiziki, həm də hüquqi şəxslərin depozitlərinin həcmində əhəmiyyətli azalma qeydə alınıb.

Qeyd edək ki, bankın cəmi aktivləri də hesabat dövründə 11,2% və ya 356,6 milyon manat azalaraq 2 milyard 827,9 milyon manata düşüb.

Xatırladaq ki, “Xalq Bank” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 477 milyon manatdır. Bankın səhmdarları “İdeal Biznes Ko” MMC (50%), “Yevro Standart” MMC (33,85%) və “Foton” MMC-dir (16,15%).


Geri qayıt