Əsas Səhifə > Ana xəbər / Güney Press > 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili
900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgiliBu gün, 12:34 |
|
Karyera mentoru Aysel Əlizadə 900 manat maaşlı vakansiya adı altında qadınlara sevgili olmağı təklif edən şəxsi ifşa edib.
"Bakupost" xəbər verir ki, o, sosial şəbəkə hesabında 750-900 manat maaş təklif edilən “Kassir, nəzarətçi, satıcı axtarılır” adlı vakansiya üzrə müraciət edən qadına iş əvəzinə əxlaqsız təkliflər edildiyini göstərən yazışmaları paylaşıb.
Yazışmalardan görünür ki, elan sahibi iş üçün müraciət edən qadına təkcə işçi deyil, həm də sevgili axtardığını bildirib.
Mentor bu cür yanaşmanın təkcə etik normalara zidd olmadığını, eyni zamanda əmək hüquqlarının pozulması, seksual qısnama və cinsi ayrı-seçkilik əlamətləri daşıdığını qeyd edib.
VİDEO BURADA: https://t.me/bakupost/26864
Geri qayıt |