Əsas Səhifə > Ana xəbər / Güney Press > Mətbuat Şurası gəncləşdimi?

Mətbuat Şurası gəncləşdimi?


Bu gün, 05:25

Professor Qulu Məhərrəmli yazır ki, Mətbuat Şurasının yeni İdarə Heyətinə gənclər seçilməklə yenilənib.
Azərbaycanda rəsmi gənclik yaş həddi 14-dən 29-dək olan şəxslər müəyyən edilib. Mətbuat Şurasının sədri Vüqar Zifəroğlunun 48 yaşı var. Müşfiq Ələsgərlinin 53, Azər Həsrətin 58, Vüqar Rəhimzadənin 59 yaşı var. Məgər bunlar gənc sayılırlar? Təfəkkür yeniliyi də əsas ola bilməz.
İdarə Heyətinin və sədrin dəyişməsinin effektinə 100 gündən sonra qiymət vermək olar.
“Gənclər” qəzetsizlik barədə düşünəcəklərmi, saytların yeknəsəkliyini aradan qaldıra biləcəklərmi, mətbuatın şəxsi mənafeləri deyil, ictimai mənafeni müdafiə etmək işini bacaracaqlarmı?
Vaxt ötdükcə gənc adlandırılan İdarə Heyətinin üzvlərinin yaşı köhnə İdarə heyətinin üzvlərinin yaşına yaxınllaşacaq. Ancaq dəyişən nələr olacaq? Əsas sual budur…

.

Etibar Əliyev - keçmiş deputat 

"DİA-AZ"


Geri qayıt