Əsas Səhifə > Ana xəbər / Güney Press > Qonşu ölkədə Kərki vahiməsi başladı

Qonşu ölkədə Kərki vahiməsi başladı


Bu gün, 06:34

Ermənistanda Kərki kəndinin Azərbaycana qaytarılması məsələsi ciddi narahatlıq yaradıb.

Musavat.com xəbər verir ki, İrəvanın Kərki ilə Başkəndin mübadiləsi məsələsini gündəmə gətirməsinin arxasında həm hərbi-strateji, həm də daxili siyasi səbəblərin dayandığı bildirilir.

Bunu erməni politoloq Ara Poqosyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, anklavlar məsələsi artıq yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsindən çıxıb və daha geniş siyasi məna qazanıb.

O iddia edib ki, Kərki kəndinin Azərbaycana qaytarılması və burada Azərbaycan Silahlı Qüvvələrinin yerləşdirilməsi Ermənistan üçün ciddi problemlər yarada bilər.

Poqosyan hesab edir ki, İrəvanın anklavların mübadiləsi məsələsini yenidən gündəmə gətirməsinin daxili siyasi səbəbləri də var.

Onun sözlərinə görə, Ermənistan müxalifətinin Kərki ilə bağlı sərt bəyanatları hakimiyyəti hərəkətə keçməyə məcbur edib. Hakimiyyət isə müxalifətin əlindən siyasi arqumentləri almaq məqsədilə Kərki ilə Başkəndin mübadiləsi variantını gündəmə gətirib.

Politoloq Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsini daha prioritet hesab etdiyini də bildirib.

Onun fikrincə, Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərdən sonra Bakı anklavlarla bağlı növbəti tələbini irəli sürə bilər.

Poqosyan qeyd edib ki, Ermənistan hakimiyyəti məsələnin ərazi mübadiləsi yolu ilə həll oluna biləcəyi barədə təsəvvür yaratmağa çalışır.

Lakin onun sözlərinə görə, İrəvan hələlik Bakıdan yekun cavab almayıb.

“Bakı hələ İrəvanı təəccübləndirə bilər”, – deyə erməni politoloq vurğulayıb.


Geri qayıt