Əsas Səhifə > Ana xəbər / Güney Press > Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı
Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdıBu gün, 06:42 |
|
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olmuş kommersiya qurumlarından birinin dövlət büdcəsinə külli miqdarda vergi borcu üzə çıxıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, fəaliyyətini dayandıraraq bağlanan "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi ödəyicisi kimi statusu "Passiv" rejimə keçirilib. 32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, fəaliyyəti dondurulan və ləğv olunan dövlət strukturuna bağlı bu cəmiyyətin vergi borcu kəskin artaraq 494.376,72 AZN-ə (yaxın 500 min manat) çatıb.Rəsmi registr məlumatlarına əsasən, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 82/1 olan müəssisənin qanuni təmsilçisi Firad İbişov Kamil oğludur. Nazirliyin tabeliyindəki sosial təyinatlı qurumun yarım milyon manata yaxın vergi borcu toplayaraq fəaliyyətini passiv rejimdə bitirməsi maliyyə haqq-hesabı və dövlət əmlakının idarə olunması baxımından ciddi suallar doğurur. Geri qayıt |