Əsas Səhifə > Ana xəbər / Güney Press > Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub

Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub


Bu gün, 05:59

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni kadr təyinatı baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Elgün Həsənli SOCAR-ın Performans və Səriştələrin İdarə Edilməsi Şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

O, bu vəzifədə 2026-cı ilin oktyabr ayından etibarən fəaliyyətə başlayıb.

Qeyd edək ki, Elgün Həsənli bu təyinata qədər SOCAR daxilində müxtəlif məsul vəzifələrdə çalışıb. Belə ki, 2024-cü ilin dekabrından 2026-cı ilin oktyabr ayınadək Baş İnsan Resursları Mütəxəssisi vəzifəsində çalışaraq Performans İdarəetmə Sisteminin (PMS) strateji uyğunlaşdırılması və icrasına rəhbərlik edib. 2023-cü ilin noyabrından 2024-cü ilin dekabrına qədər təşkilat miqyasında performans idarəetmə sisteminin birgə layihələndirilməsində və tətbiqində iştirak edib. 2022-ci ilin avqustundan 2023-cü ilin noyabr ayına qədər tərəfdaşlıq çərçivəsində Liderlik Səriştəsi Modelinin birgə hazırlanması və tətbiqi istiqamətində fəaliyyət göstərib.


Geri qayıt