Əsas Səhifə > Ana xəbər / Güney Press > Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi

Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi


Bu gün, 06:21

Hacıqabul rayonunda yerləşən “QƏDİR-XUM” ailəvi istirahət mərkəzi və restoranında təqdim olunan qutabların içliyində ətin az olması ilə bağlı şikayət daxil olub.

Göndərilən videoda vətəndaş restoranda qarşılaşdığı mənzərədən narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, rayondan qayıdarkən Hacıqabul yolu üzərində yerləşən restorana baş çəkib, lakin sifariş etdiyi qutablar gözləntilərini doğrultmayıb.

Vətəndaşın narazılığına səbəb qutabların içərisində ətin olduqca az olması, yeməyin isə əsasən xəmirdən ibarət görünməsidir. Şikayətçi təqdim olunan qutabların bu vəziyyətdə olmasını biabırçılıq adlandıraraq sifariş etdiyi yeməyin içliyinin kifayət qədər olmadığını vurğulayıb. Müştərilərin gözləntisi sifariş etdikləri yeməyin həm keyfiyyətli, həm də tərkibinə uyğun hazırlanmasıdır.

Patrul.az


Geri qayıt