Əsas Səhifə > Ana xəbər / Güney Press > "Düşmən dəyirmanına su tökməyək"

"Düşmən dəyirmanına su tökməyək"


Bu gün, 07:11

"Türkiyə və Azərbaycan arasında münasibətlər təəssüf ki, bilərəkdən ( bilməyərəkdən yox ! ) böhrah həddinə gətirilir və dövriyyəyə ağlasığmaz iddialar daxil edilir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib.

O daha sonra bildirir: "Bu iki Türk Dövlətinin birliyini pozmağa calışan böyük güclər arasında 3 - cü bir qüvvənin olması şübhəsizdir. Nəzarətsiz sosial media şəbəkələri üzərindən blogerlər və infulinserlərlə aparılan, sonu heç də xoş olmayan nətiçələr doğuran bu soyuq döyüş meydanında itirən hər iki dövlətin bir - birinə sarılan, qanbir, canbir vətəndaşları, məsum Türklər olacaq. Etimadsızlıqlar bütün sahələrdə özünü göstərməyə bilməz. Belə böhran vəziyyətində gəlin həqiqətə, hec bir fakta , dəlilə söykənməyən yersiz iddiaları kənara qoyaq, birliyimizin davamına çalışaq, düşmən dəyirmanına su tökməyək. Tanrı Türkü qorusun!"


Geri qayıt