Əsas Səhifə > Ana xəbər / Güney Press > Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi
Borc içində üzən "Terminal Consulting" yenə cərimələndiBu gün, 13:45 |
|
“Terminal Consulting” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 164 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. “Terminal Consulting” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 32,9 min ABŞ dolları cərimə edilib. “Terminal Consulting” oxşar əməllərə görə daha əvvəl də dəfələrlə cərimə edilib. Qeyd edək ki, “Terminal Consultinq” MMC 2011-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalının cəmi 100 manat olan şirkətin hazırda 4 milyon manat vergi borcu yığılıb. Şirkətin direktoru vəzifəsində bu yaxınlarda Cəfər Əlizadənin yerinə Orxan Mehdiyev təyin olunub. Geri qayıt |