Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB
Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİBBu gün, 14:01 |
|
Uzun müddət çalışdığı bankdan işdən çıxarılan hüquqşünas Ceyhun Məmmədvəliyev məhkəməyə müraciət edərək əmək hüquqlarının bərpasına nail olub. "DİA-AZ" xəbər verir ki, C.Məmmədvəliyev e-huquq.az-a açıqlamasında bildirib ki, işdən çıxarılmasını əsassız və qanunsuz hesab etdiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib.Onun sözlərinə görə, məhkəməyə müraciət etmək qərarında son illərdə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarına olan inamı mühüm rol oynayıb.
C.Məmmədvəliyev qeyd edib ki, məhkəmə-hüquq islahatlarının real nəticələri vətəndaşların gündəlik həyatında, onların pozulmuş hüquqlarının müdafiəsində özünü göstərir: "Hesab edirəm ki, gənc, savadlı, prinsipial və müstəqil qərar verməyi bacaran hakimlərin məhkəmə sisteminə cəlb olunması vətəndaşların ədalət mühakiməsinə inamını gücləndirən mühüm amillərdəndir. Şəxsi təcrübəm də göstərdi ki, hüquqları pozulan vətəndaşlar onların müdafiəsi üçün qanuni vasitələrdən istifadə etməli, məhkəməyə müraciət etməkdən çəkinməməlidirlər. Mən məhkəməyə inandım, hüquqlarımı müdafiə etdim və bu inamım özünü doğrultdu". Geri qayıt |